×
A
A
A
Sazlamalar

Mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulu hansı ünvanlarda keçiriləcək?

Bakı, 19 oktyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulunun keçiriləcəyi ünvanları açıqlayıb.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, istismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu oktyabrın 21-i Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 3137 məhəllə (Yeni ünvan sisteminə görə Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 37, 39 ), oktyabrın 23-də isə Xətai rayonu, Neapol küçəsi, 26 (Yeni ünvan sisteminə görə Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 70-78 ) ünvanında keçiriləcək.
Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 23 ünvanda səyyar qəbul aparılıb.
Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

İqtisadiyyat 2020-10-19 14:43:00