×
A
A
A
Sazlamalar

Kitabxana Müstəqillik Günü ilə əlaqədar videoçarx hazırlayıb

Bakı, 19 oktyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar videoçarx hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarx kitabxananın “YouTube” və “Instagram” hesablarında yerləşdirilib.
Videoçarxda bildirilir ki, 18 oktyabr tarixi Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissi ilə yazılmış müqəddəs bir gündür. Həmin gün xalqımız XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan edib. Bu gün Azərbaycan təkcə sosial-iqtisadi istiqamətdə deyil, elm, incəsənət və mədəniyyət sahəsində də dünyanın sürətlə inkişaf etməkdə olan gənc dövlətlərindən biridir.
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təhsil şəbəkəsinin müasir tələblər səviyyəsində qurulması, dünyanın bir çox dövlətləri ilə hərtərəfli mədəni əlaqələr ölkəmizi regionun aparıcı dövlətlərindən biri kimi tanıdıb. Azərbaycan bundan sonra öz müstəqilliyini daha da möhkəmləndirəcək, işğal altında olan torpaqları tezliklə düşmən tapdağından azad edəcək, gələc

Mədəniyyət 2020-10-19 14:20:00