×
A
A
A
Sazlamalar

Türkiyədə 34 yaşayış yerində koronavirus karantini tətbiq olunub

Ankara, 19 oktyabr, AZƏRTAC
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası riskinin artması ilə əlaqədar olaraq bəzi sərtləşdirilmiş tədbirlər yenidən gündəmə gətirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi ölkənin 19 vilayətində 1 qəsəbə, 21 kənd və 12 məhəllə olmaqla 34 yaşayış məkanında karantin rejimi tətbiq edib. Yeni qərar bu gündən etibarən qüvvəyə minib. Bildirilir ki, karantin tətbiq olunan məkanlarda ümumilikdə 20 min 232 nəfər yaşayır.
Qeyd edək ki, ölkə üzrə 70 vilayəti əhatə edən 1064 yaşayış yerində isə ayrı-ayrı vaxtlarda tətbiq olunan karantin müddəti başa çatıb.

 Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2020-10-19 14:12:00