×
A
A
A
Sazlamalar

Cari ildə hüquqi şәxslər әhaliyә 3,7 milyard manatlıq xidmәt göstәrib

Bakı, 19 oktyabr, AZƏRTAC

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq mәqsәdilә ölkәnin rayon vә şәhәrlәri arasında vәtәndaşların sәfәrlәrinә qoyulan mәhdudiyyәtlәrin tәsiri nәticәsindә cari ilin mart, aprel, may, iyun, iyul, avqust vә sentyabr aylarında sәrnişin daşınmasında müşahidә olunan ciddi azalmalar, hәmçinin bir sıra xidmәt sahәlәrinin fәaliyyәtinә qoyulmuş mәhdudiyyәtlәrlә әlaqәdar әhaliyә göstәrilmiş ödәnişli xidmәtlәrdәn әldә olunan gәlir bu ilin yanvar-sentyabr aylarında ötәn ilin eyni dövrü ilә müqayisәdә 25,7 faiz azalaraq 4 milyard 937 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şәxslәr tәrәfindәn әhaliyә 3 milyard 742,7 milyon manatlıq xidmәt göstәrilib, bu da xidmәtlәrin ümumi dәyәrinin 75,8 faizini tәşkil edib.
Yanvar-sentyabr aylarında hәr bir ölkә sakini orta hesabla 495,1 manatlıq vә ya ötәn ilin müvafiq dövrü ilә müqayisәdә nominal ifadәdә 169,1 manat az müxtәlif ödәnişli xidmәtlәrdәn yararlanıb.

İqtisadiyyat 2020-10-19 14:08:00