×
A
A
A
Sazlamalar

Goranboyda polis əməkdaşları sakinlərə tibbi maska paylayıblar

Bakı, 19 oktyabr, AZƏRTAC
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi qaydalarına riayət etmək məqsədilə insanların sıx toplaşdıqları bank, poçt məntəqələrinin və digər idarələrin qarşısında sosial məsafənin təmin olunmasına nəzarət edirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları sakinlərə xüsusi karantin rejiminin tələblərini izah ediblər. Həmçinin onlara sosial məsafənin qorunmasının vacibliyi bildirilib, tibbi maska paylanıb.

Sosial 2020-10-19 13:30:00