×
A
A
A
Sazlamalar

Qazax sakinində silah aşkarlanıb

Bakı, 19 oktyabr, AZƏRTAC

Daxili işlər orqanlarının əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirləri uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının əvvəlcədən verilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş 40 yaşlı Elmir Qocayev saxlanılaraq şöbəyə gətirilib. Onun üzərində axtarış aparılan zaman atəşə yararlı, “TT” tipli tapança və iki patron aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2020-10-19 13:29:00