×
A
A
A
Sazlamalar

Qafqaz Müsəlmanları İdarəsinin sədri İstanbulda İbn Haldun Universitet Kompleksinin açılış mərasimində iştirak edib

İstanbul, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da İstanbulda İbn Haldun Universitet Kompleksinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iştirak edirlər.
Türkiyənin dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə müqəddəs “Qurani-Kərim”dən ayəsi oxunub.
Təməli 2018-ci ildə qoyulan universitet İstanbulun Başakşəhər rayonunda tikilib. Klassik türk memarlıq üslubunda inşa olunan təhsil müəssisəsi ən yeni texnologiyalarla təchiz edilib.


Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Cəmiyyət 2020-10-19 12:58:00