×
A
A
A
Sazlamalar

Gürcüstanda daha 1168 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb

Tbilisi, 19 oktyabr, AZƏRTAC

Gürcüstanda son sutkada koronavirusa 1 186 yeni yoluxma halı qeydə alınıb. 278 nəfər sağalıb, 7 pasiyent isə vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında bildirilib.
Bildirilir ki, bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların ümumi sayı 18 min 663-ə çatıb. Sağalanların sayı 8 min 338, vəfat edənlərin sayı isə 143 olub.
Hazırda ölkədə karantin rejimində 6 380, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.
Xəstəliyi yüngül keçirən 1 420 nəfər xüsusi otellərdə tibbi nəzarət altına alınıb.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2020-10-19 12:55:00