×
A
A
A
Sazlamalar

Bu ilin doqquz ayı ərzində əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 485 min e-arayış verilib

Bakı, 19 oktyabr, AZƏRTAC

Yanvar-sentyabr aylarında vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 485 min e-arayış verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, həmin arayışlar iş yeri, əlillik, müavinət, pensiya, təqaüd, sosial yardımla təmin edilmə, fərdi uçot sistemində qeydiyyata alınmaya və s. aid olub.
Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 yeni elektron arayış xidməti əhalinin istifadəsinə verilməklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb. Bu ilin sonuna qədər daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi planlaşdırılıb.

 

Sosial 2020-10-19 12:52:00