×
A
A
A
Sazlamalar

Bu il tarlalardan 950 min ton kartof yığılıb

Bakı, 19 oktyabr, AZƏRTAC 

Hazırda kәnd tәsәrrüfatı bitkilәrinin yığımı davam edir. Oktyabr ayının 1-nә kimi tarlalardan 950,5 min ton vә ya keçәn ilin müvafiq dövrünә nisbәtәn 1,1 faiz çox kartof, 1 milyon 536 min ton (6,4 faiz çox) tәrәvәz yığılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, hesabat dövründə sahələrdən 446,1 min ton (0,2 faiz çox) bostan mәhsulları, 677,3 min ton (3,1 faiz çox) meyvә vә gilәmeyvә, 168,5 min ton (1,9 faiz çox) üzüm, 798,1 ton (23,3 faiz çox) yaşıl çay yarpağı, 36,1 min ton (53 faiz az) pambıq, 24,4 min ton (27,7 faiz az) günәbaxan, 89,8 min ton (32,8 faiz çox) şәkәr çuğunduru vә 4,7 min ton (11 faiz çox) tütün toplanıb.

Kənd təsərrüfatı 2020-10-19 11:46:00