×
A
A
A
Sazlamalar

Neftçalada üzüm bağlarından 428 ton məhsul yığılıb

Neftçala, 19 oktyabr, Mahir Babayev, AZƏRTAC

Neftçalada üzüm bağlarından 428 ton məhsul yığılıb.
Rayon statistika idarəsinin rəisi Şahin Mənəfov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən il üzüm bağlarından 419 ton üzüm tədarük edən neftçalalı üzümçülər cari ildə də bağlarda bol məhsul yetişdiriblər. Yığıma mütəşəkkil başlayan bağbanlar cari təsərrüfat ilində becərdikləri 134,1 hektar üzüm sahəsindən 428,7 ton məhsul toplayıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52,4 ton və ya 13,9 faiz çoxdur. Məhsulun çox hissəsi Aşağı Qaramanlı, Cəngan və Xolqarabucaq kəndlərinin üzüm plantasiyalarından yığılıb. Ən yüksək nəticəni isə Aşağı Qaramanlı kəndində fəaliyyət göstərən fermerlər əldə ediblər.

Kənd təsərrüfatı 2020-10-19 11:44:00