×
A
A
A
Sazlamalar

Sosial könüllülər Şahbuz rayonunda yaşayan tənha ahılları ziyarət ediblər

Şahbuz, 19 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə sosial könüllülər Şahbuz rayonunda tənha ahılları evlərində ziyarət ediblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, könüllülər tənha ahıllara mövsümi hazırlıqlara uyğun geyim və ləvazimatlar təqdim edib, zəruri məişət avadanlıqlarının quraşdırılmasında kömək göstərib, ahılların evlərində təmizlik işləri görüblər.
Qeyd edək ki, muxtar respublikada qabiliyyətli yaxın qohumu ilə eyni yaşayış məntəqəsində yaşamayan və kənar şəxsin qulluğuna ehtiyacı olan tənha ahıllar müəyyənləşdirilərək sosial xidmətə qəbul olunur, onlara evlərində sosial məişət xidməti göstərilir.

 

Regionlar 2020-10-19 11:19:00