×
A
A
A
Sazlamalar

Biləsuvarda pomidor-xiyar istehsalı ötən ildəkindən 7 min ton çox olub

Biləsuvar, 19 oktyabr, Mahir Babayev, AZƏRTAC 

Biləsuvarda bu mövsüm 1442 hektar sahədə tərəvəz yetişdirilib ki, bunun da 765,4 hektarını pomidor-xiyar təşkil edib. Məhsul istehsalçıları əkin sahələrindən indiyədək 47 min 990 ton məhsul toplayaraq yığımı başa çatdırıblar. Hər hektarın məhsuldarlığı 508 sentner olub.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il biləsuvarlı əkinçilər erkən yazda 765,4 hektar sahədə pomidor-xiyar bitkisi becəriblər. Məhsul yığımına vaxtında başlayan torpaq sahibləri 655,4 hektar pomidor sahəsindən 44 min 236 ton, 110 hektar xiyar sahəsindən isə 3 min 754 ton məhsul toplayıblar. Yığılan pomidor-xiyarın 127 tonu istixana komplekslərinin payına düşüb.
Qeyd edək ki, biləsuvarlı əkinçilərin ilin ötən doqquz ayı ərzində istehsal etdikləri pomidor-xiyar ötən ilin eyni dövrü ilə müqayisədə 7 min 215 ton çoxdur.

 

Kənd təsərrüfatı 2020-10-19 11:03:00