Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Qoğal” tamaşası onlayn nümayiş ediləcək

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 23-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının sosial şəbəkələrində “Qoğal” tamaşası nümayiş ediləcək.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Rusiyadan dəvət edilən məşhur rejissor Eduard Qaydar, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.
Rus xalq nağılı əsasında səhnələşdirilən “Qoğal” daha əvvəl azərbaycanlı azyaşlılara təqdim edilsə də, dəvətli rejissor bu dəfə məşhur nümunəyə fərqli yozum verib, onu tam yeni, musiqi ilə zəngin bir formada, mətn ilə yükləmədən təqdim edib.
Bir saatlıq tamaşada uşaqlar kukla oyununun bütün zərifliklərini usta kuklaçı ifalarında izləyə bilirlər.
Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalından saat 12-də nümayiş ediləcək.

Teatr və kino 2020-10-19 10:57:00