×
A
A
A
Sazlamalar

Misirin ilk Senatının spikeri seçilib

Qahirə, 19 oktyabr, AZƏRTAC

Misir parlamentinin yuxarı palatası – ilk Senatın birinci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Misir Konstitusiya Məhkəməsinin sabiq sədri Əbdel Vahab Razik 300 senatordan 287-sinin səsi ilə Senatın spikeri seçilib. Bundan başqa, xristian senator Föbə Fevzi Gerges ölkə tarixində ilk qadın vitse-spiker olub.
Senatın ilk iclasında senatorların andiçmə mərasimi də keçirilib.
Beləliklə, Misirdə ötən il keçirilmiş referendumun nəticələri əsasında cari il avqustun 11-də keçirilmiş seçkilərdən sonra formalaşan Senatın fəaliyyətinə start verilib.

 

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2020-10-19 00:32:00