×
A
A
A
Sazlamalar

Xızıya atılan raket havada zərərsizləşdirilib - FOTO VİDEO

Xızı, 18 oktyabr, C.Rüstəmov, foto T.Babayev, AZƏRTAC

Oktyabrın 18-də cəbhə bölgəsindən yüz kilometrlərlə aralıda yerləşən Xızı rayonuna raket atılıb.
AZƏRTAC xəbər verir ki, raket Xızı rayonunun Sitalçay qəsəbəsi ərazisində havada zərərsizləşdirilib. Raket şumlanmış əkin sahəsinə düşərək 3 hissəyə bölünüb. Xoşbəxtlikdən xəsarət alan yoxdur.
Əraziyə cəlb olunan Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları bir ədəd “S-300” raketinin partlamış qalıqlarını aşkarlayıblar.
Qeyd edək ki, “S-300” raketinin qalıqlarına baxış zamanı onun 250-280 kilometr məsafədə uçuş qabiliyyətinə malik olduğu müəyyənləşib.

 

2020-10-18 18:46:00

Video