×
A
A
A
Sazlamalar

Qırğızıstanda COVID-19-a yoluxanların sayı artıb

Bişkek, 18 oktyabr, AZƏRTAC

Qırğızıstanda COVID-19-a yoluxanların sayı durmadan artır. Əgər dünən yoluxma sayı 470 olmuşdusa, bu gün bu rəqəm 554-dür. Pandemiya dövründə yoluxma sayı 52 min 44 nəfərə çatıb.
AZƏRTAC Qırğızıstan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada virusdan 3 pasiyent ölüb və dünyasını dəyişənlərin sayı 1111 nəfər təşkil edib.
Qeyd edilir ki, son 24 saatda virusa 5, ümumiyyətlə isə 3 min 532 tibb işçisi yoluxub.
Sutka ərzində 227, epidemiya dövründə 45 min 736 xəstənin sağaldığı bildirilir.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Dünya 2020-10-18 15:28:00