×
A
A
A
Sazlamalar

Gürcüstanda koronavirus sürətlə yayılır

Tbilisi, 18 oktyabr, AZƏRTAC

Gürcüstanda COVID-19 virusu sürətlə yayılmaqda davam edir. Son sutka ərzində ölkədə 1192 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Bu da ölkədə pandemiyanın başladığı gündən bəri ilk yüksək rəqəmdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat verilir.
Bildirilir ki, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 17 min 477-yə yüksəlib.
Pandemiya qurbanlarının sayı da son sutka ərazində daha 8 fakt artaraq 136-ya çatıb.
Koronavirusdan sağalanların ümumi sayı isə 8060 nəfər təşkil edir.
Hazırda ölkə üzrə 6300 nəfər karantində, 1388 nəfər isə stasionar nəzarətdədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Dünya 2020-10-18 11:52:00