×
A
A
A
Sazlamalar

Milli Kitabxana Müstəqillik Gününə həsr olunmuş elektron məlumat bazası hazırlayıb

Bakı, 18 oktyabr, AZƏRTAC
Milli Müstəqillik Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası Müstəqillik Gününə həsr olunmuş elektron məlumat bazası hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazası rəsmi sənədlər; dövlət müstəqilliyimiz daimidir, əbədidir, dönməzdir; Heydər Əliyev və Azərbaycan dövlətçiliyi; dövlət müstəqilliyinə dair digər nəşrlər; Azərbaycanın dövlət rəmzləri; Milli Müstəqillik Gününə həsr olunmuş poçt markaları; fotoqalereya və videoqalereya bölmələrindən ibarətdir.
Elektron məlumat bazasında Azərbaycanın dövlət müstəqilliyindən, Azərbaycan tarixindən, ulu öndər Heydər Əliyevin dövlət quruculuğundakı xidmətlərindən bəhs edən kitablar, dövri mətbuat materialları, foto və videolar nümayiş olunur. Nümayiş olunan materiallar tam mətnləri ilə verilib.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/Musteqillik-gunu/index.html linkindən istifadə edə bilərlər.

Mədəniyyət 2020-10-18 11:34:00