×
A
A
A
Sazlamalar

Böyük Britaniyada qaydalar yenidən sərtləşdirilib

London, 18 oktyabr, AZƏRTAC

Böyük Britaniyada koronavirusa yoluxma hallarında artım baş verdiyi üçün qaydalar yenidən sərtləşdirilib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, ölkədə xəstəliyə yoluxanların ümumi sayı 660 minə yaxınlaşır, ölənlərin sayı isə 43 min 245-ə çatıb. London, Liverpul və Mançesterdə yoluxma pik həddədir.
Hökumət tərəfindən virusun yayılma sürətinə və epidemiyanın yaratdığı təhlükənin ölçüsünə görə ölkə orta, yüksək və çox yüksək həyəcan zonalarına bölünüb və hər biri üçün ayrı sosial məsafə tədbirləri nəzərdə tutulub.
Yüksək təhlükənin qiymətləndirildiyi bölgələrdə, bütün qapalı yerlərdə keçirilən yığıncaq və görüşlər, eləcə də çöldə 6 nəfərdən artıq insanın toplanması qadağan edilib.

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2020-10-18 07:34:00