×
A
A
A
Sazlamalar

Türkiyədə terror aktının qarşısı ən son anda alınıb

Ankara, 18 oktyabr, AZƏRTAC

Türkiyənin Gazi Antəp şəhərində planlaşdırılan təhlükəli terror aktının qarşısı ən son anda alınıb.
AZƏRTAC xəbər verir ki, məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb. Bildirilir ki, vətəndaşlar Şəhid Kamil rayonunda yerləşən Karşıyaka Polis Mərkəzinin qarşısında park edilmiş avtomobilin altındakı bağlamadan şübhələniblər. Çağırış yerinə gələn polis əməkdaşları avtomobilin altına itələnmiş çantada üç hissədən ibarət 1.2 kiloqram ağırlığında partlayıcı aşkar ediblər. Əldə düzəldilən partlayıcı zərərsizləşdirilib.
Çantanı maşının altına qoymaqda şübhəli bilinən iki şəxs saxlanılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2020-10-18 04:22:00