×
A
A
A
Sazlamalar

“Derby della Madonnina”: 176-cı derbidə “Milan” qələbə qazanıb

Bakı, 17 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Oktyabrın 17-də futbol üzrə İtaliya A Seriyasının 4-cü turun mərkəzi qarşılaşması oynanılıb.
AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən və böyük maraq doğuran Milan derbisi 176-ci dəfə baş tutub.
“San Siro” stadionunda təşkil olunan derbi “Milan”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesab 13-cü dəqiqədə hakim “İnter”in qapısına 11-metirlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Zlatan İbrahimoviç dəqiq olub - 1:0.
Qoldan üç dəqiqə sonra isveçləri ikinci dəfə meydan sahiblərini meydanın mərkəzinə dəvət edib. Belə ki, Rafael Leanun cinah ötürməsini Zlatan İbtahimoviç dəqiq zərbə ilə tamamlayıb.
Matçın 29-cü dəqiqəsində “İnter” hesab arasındakı fərqi azaldıb. Ramelu Lukaku fərqlənib.
Birinci hissə “Milan” klubunun üstünlüyü ilə başa çatıb.
Fasilədən sonra hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.
Beləliklə, bu qələbədən sonra “Milan” xal ehtiyatını 12-ə çatdıraraq turnir cədvəlində liderliyini davam etdirir. “İnter” isə 7 xalla 6-ci yerdədir.

İdman 2020-10-17 23:00:00