×
A
A
A
Sazlamalar

“Liverpul” ardıcıl ikinci dəfədir qələbə qazana bilmir

Bakı, 17 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının 5-ci turun oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, son çempion "Liverpul” səfərdə “Everton" komandası ilə qarşılaşıb. “Gudison Park" stadionunda baş tutan görüş 2:2 hesabı ilə heç-heçə başa çatıb.
“Liverpul”un heyətində Sadio Mane, Məhəmməd Salah, “Everton”da isə Mihael Kin və Dominik Calvert-Levin fərqləniblər.
Görüşün 90-cı dəqiqəsində qonaqların kapitanı Jordan Henderson penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Bu oyundan sonra “Everton” 13 xalla birinci, “Liverpul” isə 10 xalla üçüncü yerdə qərarlaşıb.

İdman 2020-10-17 19:27:00