×
A
A
A
Sazlamalar

Məşhur futbolçu Arda Turan Azərbaycana dəstək nümayiş etdirib

Bakı, 17 oktyabr, AZƏRTAC

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Arda Turan Azərbaycana dəstək nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının dövlət bayrağı altında çəkilmiş fotosunu paylaşan 33 yaşlı yarımmüdafiəçi “Bir millət, iki dövlət” sözlərini qeyd edib.
Təcrübəli futbolçu karyerası ərzində Türkiyənin “Qalatasaray”, “Başakşəhər” komandaları ilə yanaşı, İspaniyanın “Atletiko” və “Barselona” klublarının da formalarını geyinib.

İdman 2020-10-17 18:48:00