×
A
A
A
Sazlamalar

Məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyət açıqlanıb

Bakı, 17 oktyabr, AZƏRTAC

Ümumi təhsil müəssisələrində koronavirusa (COVID-19) yoluxma halları ilə bağlı son vəziyyət açıqlanıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 7 şagirdin və 6 işçinin bədən hərarəti 37 dərəcədən yuxarı olub. Həmçinin 34 şagird, işçi heyətdən isə 21 nəfər koronavirusa yoluxub. 2 məktəbdə və 7 sinifdə dərslər təhsilin distant formasına keçirilib.
Xatırladaq ki, respublika üzrə 49 məktəbdə və 72 sinifdə koronavirusa yoluxma hallarına görə distant təhsilə keçid edilib.

Elm və təhsil 2020-10-17 17:05:00