×
A
A
A
Sazlamalar

“Şahdəniz”dən indiyədək 86,5 milyard kubmetr təbii qaz ixraca nəql olunub

Bakı, 17 oktyabr, AZƏRTAC

İstismara veriləndən cari il oktyabrın 1-i tarixinədək “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 173,7 milyard kubmetr, “Şahdəniz” yatağından isə 130,1 milyard kubmetr təbii qaz hasil edilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Şahdəniz” yatağı istismara veriləndən bu il oktyabrın 1-dək isə 86,5 milyard kubmetr qaz ixraca nəql edilib.
Qeyd edək ki, “Azəri-Çıraq-Günəşli”dən çıxarılan qaz həcmləri əsasən neft-kondensat hasilatını stabil saxlamaq üçün laylara vurulur. Həmçinin AÇG-də məşəldə yandırılmayan səmt qazı isə əvəzsiz olaraq SOCAR-a verilir. Bu vaxtadək AÇG yataqlarından SOCAR-a 48 milyard kubmetrdən çox səmt qazı verilib. Beləliklə də indiyədək “Azəri-Çıraq-Günəşli”dən çıxarılan 173,7 milyard kubmetr qazın 125,7 milyard kubmetri yenidən laylara vurulub.

Neft - qaz 2020-10-17 16:50:00