×
A
A
A
Sazlamalar

Bu vaxtadək AÇG və “Şahdəniz”dən 547 milyon ton neft-kondensat ixraca göndərilib

Bakı, 17 oktyabr, AZƏRTAC

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən bu il oktyabrın 1-dək ümumilikdə 547,6 milyon ton neft (kondensatla birlikdə) hasil olunub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, AÇG-dən 518,2 milyon ton, “Şahdəniz”dən isə 29,4 milyon ton kondensat çıxarılıb.
AÇG və “Şahdəniz” yataqları istismara veriləndən cari il oktyabrın 1-i tarixinədək 547 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

Neft - qaz 2020-10-17 16:39:00