Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Moldovanın sabiq Baş Naziri Kirill Qaburiçdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,
Ermənistan ilə Azərbaycan arasında gərginliyin artmasını, Gəncə şəhərinin davamlı atəşə tutulmasını, insanların, o cümlədən uşaqların həlak olmasını həyəcanla izləyirəm.
BMT Təhlükəsizlik Şurasının 30 il əvvəl qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinə baxmayaraq, heç nə dəyişməyib. Azərbaycanın mülki əhalisinə və mülki hədəflərinə qarşı həyata keçirilən bu hücumlar beynəlxalq humanitar hüququn və insan haqlarının kobud şəkildə pozulmasıdır.
Həmsədrlərimizin sərt bəyanatı ilə yanaşı, biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri kimi öz təcrübələrimizdən istifadə edərək kömək göstərməyə hazırıq.
Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram. Dualarımız Sizinlədir.
Hörmətlə,

Kirill Qaburiç
2015-ci ildə Moldovanın Baş Naziri
2008-2019-cu illərdə İnfrastruktur və İqtisadiyyat naziri
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

 

Məktublar 2020-10-17 16:22:00