×
A
A
A
Sazlamalar

Azərbaycanın cari ildə Türkiyə və Gürcüstana ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

Bakı, 17 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında Türkiyə və Gürcüstana ixrac edilən Azərbaycan təbii qazının həcmi açıqlanıb.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 9 ayda 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 21,3 faiz çox, yəni 7,9 milyard kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi isə 1,6 milyard kubmetr olub.

Neft - qaz 2020-10-17 15:59:00