×
A
A
A
Sazlamalar

Üç rübdə “Şahdəniz”dən 13,3 milyard kubmetr təbii qaz çıxarılıb

Bakı, 17 oktyabr, AZƏRTAC

Cari ilin 9 ayında ölkədə keçən ilin müvafiq dövrünə nisbətən 5,9 faiz, yəni 1,5 milyard kubmetr artımla 27,5 milyard kubmetr təbii qaz hasil edilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qaz hasilatının 8,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 13,3 milyard kubmetri isə “Şahdəniz”dən əldə olunub.
SOCAR üzrə isə bu dövrdə 5,5 milyard kubmetr qaz hasil edilib.

Neft - qaz 2020-10-17 15:52:00