×
A
A
A
Sazlamalar

UNEC-in kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasını davam etdirir

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi Ermənistanın hərbi təxribatına qarşı rəşadətli ordumuzun əks-hücum əməliyyatlarını böyük ruh yüksəkliyi ilə izləyərək, torpaqlarımızın günbəgün azad olunmasından qürur duyur.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, ali təhsil müəssisəsinin kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna könüllü olaraq vəsait köçürməsi aksiyasını davam etdirir. Davam edən aksiyada UNEC-in kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna artıq 171 min 125 manat köçürüb.
Universitetin kollektivi Ali Baş Komandanın rəhbərliyi ilə tariximizdə şanlı səhifə yazan, qürur mənbəyimiz olan qüdrətli ordumuza yeni-yeni zəfərlər arzulayır.

2020-10-17 15:49:00