×
A
A
A
Sazlamalar

Doqquz ayda “Azəri-Çıraq-Günəşli”dən neft hasilatı 17,8 milyon ton olub

Bakı, 17 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 26,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2,1 milyon ton az olub.
Respublika üzrə neft hasilatının 17,8 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlarının, 2,7 milyon tonu (kondensat) “Şahdəniz” yatağının payına düşüb. SOCAR üzrə (kondensatla birlikdə) 5,6 milyon ton təşkil edib.

Neft - qaz 2020-10-17 15:45:00