×
A
A
A
Sazlamalar

“Azəriqaz”: Gəncədə təbii qaz təchizatı bərpa olunub

Bakı, 17 oktyabr, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyinin qərargahına gecə saatlarında daxil olan məlumata görə, oktyabrın 17-də saat 00:50-də düşmən tərəfindən Gəncə şəhərinə atılan raketlərin törətdiyi dağıntılar səbəbindən həmin saatlarda təhlükəsizlik tədbiri olaraq şəhərin bütünlüklə təbii qaz təminatı dayandırılıb.
Birlikdən AZƏRTAC-a bildirilib ki, saat 07:35-də Gəncə şəhərində 150 abonent istisna olmaqla qaz təchizatı bərpa olunub. Hadisə baş verən M.Hacıyev və M.Axundzadə küçələrində 9 abonentin ünvanı isə artıq yoxdur.

 

Regionlar 2020-10-17 14:29:00