×
A
A
A
Sazlamalar

Azərbaycan Voleybol Federasiyasının baş katibi CEV-in İdarə Heyətinə üzv seçilib

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Cəlil Cəfərov Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinə üzv seçilib.
AZƏRTAC xəbər verir ki, bu, Avstriya paytaxtı Vyanada 41-ci Baş Assambleya çərçivəsində baş tutan prezident seçkilərindən sonra rəsmiləşib.
Səkkiz namizədin iştirak etdiyi ikinci mərhələdə 25 səs toplayan AVF-nin baş katibi istəyinə çatıb. O, həlledici mərhələdə CEV prezidentliyinə namizədliyini irəli sürmüş estoniyalı Hanno Pevkura 12 səs fərqi ilə qalib gələrək, ilk dəfə CEV İdarə Heyətində üzvlüyünü rəsmiləşdirib.

İdman 2020-10-17 14:24:00