×
A
A
A
Sazlamalar

Erməni hücumu nəticəsində daha bir məktəb dağılıb

Bakı, 17 oktyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-si gecə saat 01:00 radələrində Gəncəyə yenidən raket hücumu nəticəsində böyük dağıntı və insan tələfatı qeydə alınıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hücum nəticəsində Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəb də ciddi dağıntılara məruz qalıb. Hadisə gecə saatlarında baş verdiyindən məktəbdə xəsarət alan olmayıb.
Xatırladaq ki, 3 mərtəbəli əsas bina və 2 əlavə korpusdan ibarət məktəbdə 1006 şagird təhsil alır.

Elm və təhsil 2020-10-17 14:05:00