×
A
A
A
Sazlamalar

“Bakı Şəhər Halqası” Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olub

Bakı, 17 oktyabr, AZƏRTAC

Formula 1 yarışlarının Azərbaycanda təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda ordumuz tərəfindən həyata keçirilən uğurlu tədbirlərə dəstək kampaniyasına qoşulub.
BŞH-dən AZƏRTAC-a bildiriblər ki, şirkətin əməkdaşları könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 100 min manat məbləğində vəsait köçürüblər.
Şirkət ölkənin müdafiəsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən mübarizədə hər bir vətəndaşın və qurumun Vətənə dəstəyinin vacib olduğunu hesab edir və ordumuza daha böyük zəfərlər diləyir.

İdman 2020-10-17 13:44:00