×
A
A
A
Sazlamalar

Ukraynada sutka ərzində koronavirusa yoluxma və bu virusdan ölənlərin sayında yeni antirekord qeydə alınıb

Kiyev, 17 oktyabr, AZƏRTAC

Ukraynada son sutka ərzində koronavirusa yoluxma və bu virusdan ölənlərin sayında yeni antirekord qeydə alınıb.
AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün ölkədə 6410 nəfər koronavirusa yoluxub, 109 nəfər isə həyatını itirib. Ən çox yoluxma halları Kiyev, Odessa, Dnepropetrovsk və Xarkov vilayətlərində qeydə alınıb.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 293 min 641 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 5517 nəfərdir, 124 min 113 xəstə isə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti dekabrın 31-dək uzadılıb və karantin şərtləri sərtləşdirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2020-10-17 13:22:00