×
A
A
A
Sazlamalar

Türkiyə Prezidenti ilə Kanadanın Baş Naziri arasında telefon danışığı olub

İstanbul, 17 oktyabr, AZƏRTAC

Ermənistanın təxribatları nəticəsində Azərbaycan-Ermənistan sərhədində artan gərginlik səbəbindən Kanada istehsalı bəzi hərbi vasitələrin Türkiyəyə ixracının dayandırılması ikitərəfli əməkdaşlığa ziddir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kanadanın Baş Naziri Castin Trüdo ilə telefon danışığı zamanı səsləndirib.
Azərbaycanla Ermənistan arasındaki qarşıdurmanın əsas səbəbinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin artıq 30 ildir Ermənistanın işğalı altında tutulması olduğunu vurğulayan Türkiyə Prezidenti hazırda baş verən münaqişənin Azərbaycanın beynəlxalq platformada qəbul edilmiş sərhədləri daxilində meydana gəldiyini xatırladıb.
Danışıq əsnasında, həmçinin Türkiyə-Kanada əlaqələrinin inkişaf etdirilməsi, qarşılıqlı ticarət həcminin artırılması və müdafiə sənayesi sahəsində əməkdaşlığa dair problemlərin aradan qaldırılması ilə bağlı atılacaq addımlar müzakirə olunub.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul 

Dünya 2020-10-17 07:53:00