×
A
A
A
Sazlamalar

Gəncədə raket atəşinə məruz qalan evlərin dağıntıları altından iki sakinin cəsədi çıxarılıb

Bakı, 17 oktyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saatlarında Gəncəni növbəti dəfə raket atəşinə tutması nəticəsində dağılan evlərin dağıntıları altından iki sakinin cəsədi çıxarılıb.
Bu barədə AZƏRTAC-ın hadisə yerində olan müxbiri xəbər verib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 2020-ci il oktyabrın 10-da elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.

 

2020-10-17 03:29:00