×
A
A
A
Sazlamalar

İqtisadiyyat Nazirliyi: 99 obyektdə sanitariya-gigiyena tələbləri pozulub

Bakı, 16 oktyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 15-də keçirilmiş monitorinqlər zaman Binəqədi rayonunda “Bizim market”də, “Araz supermarket”də, “Yaxın market”də, Nəsimi rayonunda Elçin Həsənova məxsus “1001 xırdavat”, Rakif Şabanova məxsus “Elektrik malları” mağazalarında, Səbail rayonunda “Oba market”də, “Lazer klinik”də, Qaradağ rayonunda “Nanəli qarışıq mallar mağazası”nda, Rövşən Mehdiyevə məxsus pərakəndə ticarət obyektində, Xətai rayonunda “Al market”də, "Lauren" qadın geyimləri mağazası”nda, Nərimanov rayonunda “Onur plast”, “Vilo istilik sistemləri”, “Gilan seramik” pərakəndə ticarət obyektlərində, Nizami rayonunda "Pudra kosmetika və parfümeriya mağazası”nda, Suraxanı rayonunda Zakir Məmmədova məxsus “Market”də, Xəzər rayonunda “Ekonom” mağazasında, “Elvin market”də, Yasamal rayonunda Nəzakət Əliyevaya məxsus “Üst geyim istehsalı sexi”ndə, Sabunçu rayonunda Kənan Alıyevə məxsus ticarət obyektində, Gəncə şəhərində “Delfin market”də, “Elvin inşaat mağazası”nda, Alik İsayevə, Tural Ələkbərova, Almaz Quliyevaya, İbrahim Əliyevə məxsus mağazalarda, Sumqayıt şəhərində Sadiq Fətullayevə, Yusif Səfiyarova məxsus pərakəndə ticarət obyektlərində, Şəki rayonunda “Halal market”də, Anar İsmayılova məxsus tikinti materialları mağazasında, Rüfət Bayramova, Allahyar Əhmədova məxsus qapı-pəncərə sexlərində, Abşeron rayonunda Şamil Hüseynova, Vahab Cəbrayılova, Sərvər Süleymanova, Ramin Fərzəliyevə məxsus pərakəndə ticarət obyektlərində, Cəlilabad rayonunda Etibar Kərimova, Arif Əliyevə məxsus mağazalarda, Şəmkir rayonunda Əfqan Bayramova, Elmira Xəlilovaya, Qara Əmirova, İlkin Həsənova məxsus pərakəndə ticarət obyektlərində, Quba rayonunda Zaur Zülfüqarova, Anar Ərzumanova məxsus mağazalarda, Sabirabad rayonunda Vasif Əkbərova məxsus qarışıq mallar mağazasında, Rüfət Məmmədova məxsus “Sənaye malları mağazası”nda, ümumilikdə, 99 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

İqtisadiyyat 2020-10-16 18:45:00