Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Cəlilabadda tibbi maskadan istifadə etməyənlər cərimələniblər

Cəlilabad, 16 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu məqsədlə qapalı məkanlarda, xüsusilə market və digər ticarət obyektlərində keçirilən reydlər zamanı bəzi vətəndaşların özünün və ətrafdakıların səhhətinə qarşı laqeydlik nümayiş etdirərək tibbi maskadan istifadə etmədiyi müəyyən edilib.
Bəzi hallarda isə insanların tibbi maskanı tənəffüs yollarını örtəcək şəkildə istifadə etmədiyi, əlində gəzdirdiyi və ya yalnız polis əməkdaşlarını gördükdə istifadə etdiyi müəyyən edilib.
Xüsusi karantin rejiminin qaydalarını pozan insanlarla profilaktiki və maarifləndirmə söhbətlər aparılıb və bir daha koronavirus xəstəliyinin fəsadları barədə onlara məlumat verilib.
Polis əməkdaşları tərəfindən edilən profilaktik söhbətlərə və xəbərdarlıqlara baxmayaraq, xüsusi karantin rejiminin qaydalarını pozan şəxslər barəsində inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilib və onlar cərimələniblər.

Regionlar 2020-10-16 18:24:00