Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qubada sahibkarlar və rayon sakinləri COVID-19 infeksiyası ilə bağlı maarifləndirilib

Quba, 16 oktyabr, Elxan Yusifli, AZƏRTAC 

Oktyabrın 16-da Quba rayonunda koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması məqsədilə nəzarət profilaktik-maarifləndirmə tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ictimai iaşə obyektlərində, mağazalarda, qapalı məkanlarda sosial məsafənin təmin edilməsi, tibbi maskadan istifadənin zəruriliyi ilə bağlı sakinlərlə profilaktik maarifləndirici söhbətlər aparılıb, məsuliyyət hissinin artırılması ilə bağlı tövsiyələr verilib, qanunun tələbləri izah edilib.
Reyd zamanı təyin olunmuş qaydaları pozan sahibkarlar və rayon sakinləri barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görülüb.

Regionlar 2020-10-16 17:49:00