×
A
A
A
Sazlamalar

Çexiya Futbol Assosiasiyasının vitse-prezidenti korrupsiya şübhəsi ilə həbs edilib

Bakı, 16 oktyabr, AZƏRTAC

Çexiya Futbol Assosiasiyasının vitse-prezidenti Roman Berbr korrupsiyada və futbol matçlarının nəticələrinə təsir etməkdə şübhəli bilinir.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Praqa prokurorluğu məlumat yayıb.
R.Berbra ilə yanaşı, korrupsiya şübhəsi ilə daha 18 nəfər həbs olunub.
Qeyd edək ki, R.Berbr 2013-cü ildən qurumun vitse-prezidenti vəzifəsində çalışıb.

İdman 2020-10-16 17:42:00