×
A
A
A
Sazlamalar

Yapon arxitektordan mini ev

Bakı, 16 oktyabr, AZƏRTAC
Yaponiyanın paytaxtı Tokioda 0,3 sot sahədə qaraj ölçüsündə qeyri-adi ev tikilib.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, layihə müəllifi yapon arxitektor Takeşi Xosaka olan evin ümumi sahəsi 18,8 kvadratmetrdir. Daşınmaz əmlakın və torpağın çox bahalı olduğu ölkədə istedadlı arxitektorun layihəsi ilə tikilən ev kiçik olsa da, öz komfortu ilə seçilir.
Mini evdə yataq, yemək və vanna otaqlarından başqa, ailəvi istirahət üçün yer də nəzərdə tutulub.
Onun tikintisində yalnız beton, şüşə və təbii ağacdan istifadə edilib.

Bu maraqlıdır 2020-10-16 17:15:00