×
A
A
A
Sazlamalar

Toxuculuq sənayesi 5,1 faiz artıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Bu ilin 9 ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 338,4 milyon manat dəyərində məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə geyim istehsalında 29,2 faiz, toxuculuq sənayesində 5,1 faiz artım, dəri və dəridən məmulatlar, ayaqqabıların istehsalında isə 5,3 faiz azalma müşahidə edilib.

İqtisadiyyat 2020-10-16 17:05:00