×
A
A
A
Sazlamalar

NDU-nun tələbəsi: biz adı çəkiləndə ermənilərin canına üşütmə düşən Mübariz İbrahimovun davamçılarıyıq

Naxçıvan, 16 oktyabr, AZƏRTAC

Bugünkü qələbələrimizin təməli Vətənini canından çox sevməklə bizə örnək olan, bütün varlığını, ömrünü, zəkasını öz xalqına, millətinə həsr etmiş Ulu Öndər tərəfindən qoyulub.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə II kurs tələbəsi Məcid Əkbərov deyib.
Doğulduğumuz torpağı qorumaq və onu gələcək nəsillərə ötürmək vətənpərvərliyin əsas şərtləndirəndir. Əsl vətənpərvərlik dildə yox, əməldə olmalıdır, – deyən Məcid Əkbərov vurğulayıb ki, bu həftələrdə hər sabahı qələbə xəbəri ilə açırıq. Ürəkdə qürur hissi yaranır, gözümüzdə Qarabağın xəyalı canlanır. Vətənpərvər xalqımızın əzmi, iradəsi, şəhid analarının o sınmayan vüqarı insanı qürur hissinə boğur. Belə də olmalıdır. Çünki biz qədim tarixə malik bir xalqın nümayəndələriyik. Biz adı çəkiləndə ermənilərin canına üşütmə düşən Mübariz İbrahimovun davamçılarıyıq.
Məcid Əkbərov deyib ki, Prezidentimizin, Ali Baş Komandanımızın qətiyyəti və ordumuzun şücaəti bizi Qarabağa - mənfur düşmən tapdağından azad olan torpaqlara aparır. Əzəmətli bayrağımızın tezliklə Dağlıq Qarabağda dalğalanacağına inanırıq. Qarabağ Azərbaycandır!

Regionlar 2020-10-16 17:02:00