×
A
A
A
Sazlamalar

Bakının “Azəryol” həndbol klubunun Avropa kuboku yarışları üçün heyəti açıqlanıb

Bakı, 16 oktyabr, AZƏRTAC 

Bakının qadın həndbolçulardan ibarət “Azəryol” klubu qitə kuboku yarışlarında iştirak üçün sifariş vərəqini Avropa Həndbol Federasiyasına təqdim edib.
AZƏRTAC xəbər verir ki, siyahıda 16 həndbolçu yer alıb. Bunlardan biri qapıçı, digərləri sahə oyunçularıdır.
Mübarizəyə üçüncü raunddan başlayacaq “Azəryol”un heyətində qapıçı - Mədinə Musayeva, oyunçular - Anastasiya Obuxova, Elnarə İbrahimova, Katerina Voskoboynik, Aytən Qəhrəmanova, Ülviyyə Şərifova, Sabina Smagina, Marta Abbasova, Alyona Barbakadze, Azaliya Həsənova, İnarə Yusibova, Mariya Valiyeva, Anastasiya Metelska, Kamilə Bayramova, İrina Mixalkoviç və Aleksandra Teryayeva yer alıblar.

İdman 2020-10-16 16:59:00