×
A
A
A
Sazlamalar

Teatr Xadimləri İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

Bakı, 16 oktyabr, AZƏRTAC

Rəşadətli Azərbaycan ordusunun işğalçı Ermənistanın təxribatına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatları bütün cəbhəboyu uğurla davam edir. Əsgər və zabitlərimizin fədakarlığı, yenilməz döyüş əzmi və qazandığı qələbələri hər bir soydaşımızda böyük ruh yüksəkliyi yaradır.
Azərbaycan ordusunun maddi-texniki təchizatı dövlət tərəfindən yüksək səviyyədə təmin olunsa da, əksər vətəndaşlar, o cümlədən müəssisə və təşkilatlar orduya hərtərəfli dəstəyi özlərinə mənəvi borc hesab edir, bu istiqamətdə əllərindən gələni əsirgəmirlər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Teatr Xadimləri İttifaqı Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün şanlı Ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 2000 manat vəsait köçürüb.

Mədəniyyət 2020-10-16 16:49:00