×
A
A
A
Sazlamalar

Düşmənin artilleriya atəşinə baxmayaraq, Ağdam pambıqçıları məhsul yığımını davam etdirirlər

Ağdam, 16 oktyabr, T.Ağaməmmədov, R.İsmayılov (foto), AZƏRTAC

Ermənistan silahlı bölmələrinin Ağdam rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmasına baxmayaraq, kənd təsərrüfatı işləri, o cümlədən pambıq yığımı davam etdirilir. Ağdamlı fermerlər hər gün tarlalardan 20 tondan artıq məhsul toplayırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2020-ci ildə rayonda 500 hektarı “Azərpambıq” MMC, 970 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 650 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında 2120 hektar sahədə pambıq becərilib. Bu günədək tarlalardan 226,67 ton məhsul yığılıb.

Kənd təsərrüfatı 2020-10-16 16:48:00