×
A
A
A
Sazlamalar

Azərbaycan fiqurlu konkisürəni Sankt-Peterburqda gümüş medal qazanıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Sankt-Peterburqda keçirilən fiqurlu konkisürmə üzrə beynəlxalq turnirdə qadınların yarışına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Yekaterina Ryabova sərbəst proqramda birinci yeri tutub. Lakin iki çıxışın yekununda 184,49 xal toplayan idmançımız gümüş medal ilə kifayətlənib.
Turnirin qalibi adına isə rusiyalı Yelizaveta Nuqumanova sahib olub. O, 187,16 xal toplayıb.
Qeyd edək ki, kişilərin yarışında digər təmsilçimiz Vladimir Litvintsev mübarizə aparır.

İdman 2020-10-16 16:37:00